• Bakı 22° C

    6.12 m/s

Hulusi Akardan Rusiya və Ukraynaya ÇAĞIRIŞ

DÜNYA

31 Yanvar 2022 | 20:13 | Müəllif: Subhan Mahmudov

Hulusi Akardan Rusiya və Ukraynaya ÇAĞIRIŞ

“Bizim mövqeyimiz son dərəcə aydındır. Biz illərdir deyirik ki, Qara dənizdə həmsərhəd olan ölkələrlə Montrö sazişi çərçivəsində sülh, dialoq və rifah içində yaşamağın tərəfdarıyıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə Qara dənizdə dialoqa dair üzərilərinə düşən hər şeyi edib.

"Bir tərəfdə Rusiya, digər tərəfdə Ukrayna ilə dialoqumuz var. Habelə NATO qarşısında bütün öhdəliklərimizi yerinə yetirmişik və yerinə yetirməyə davam edirik. Gərginliyin artması ciddi təhlükəyə səbəb ola bilər. Türkiyə olaraq bütün tərəfləri əməkdaşlıq və dialoqa çağırırıq”, - deyə nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026