• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Husilər Yəməndə yeni kabinet yaradıblar

DÜNYA

13 Avqust 2024 | 15:15

Husilər Yəməndə yeni kabinet yaradıblar

Yəməndə İranın dəstəklədiyi husilər Əhməd Qalib ər-Rahvinin sədrliyi ilə 22 nazirdən ibarət yeni hökumətin qurulduğunu açıqlayıb. 

Bakıvaxtı.az "SABA" xəbər agentliyinə istinadən xəbər verir ki, yeni hökumət  mövcud şərtlərə və ali milli maraqlara uyğun olaraq qurulub.

Yeni hökumətdə husilərin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşət Əhməd Qalib ər-Rahviyə qondarma baş naziri əvəz edib. Yeni kabinet 22 nəfərdən ibarətdir.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024