• Bakı 10° C

    15.02 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək

CƏMİYYƏT

08 Aprel 2025 | 11:23

İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək

Azərbaycanda fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları aprelin 14-də iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görəcək.

"Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər", - İ.İbrahimova əlavə edib.


SON XƏBƏRLƏR