• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

II Yelizavetanın ölümü ilə bağlı ŞOK AÇIQLAMA

DÜNYA

29 Avqust 2024 | 19:50

II Yelizavetanın ölümü ilə bağlı ŞOK AÇIQLAMA

Mediada II Yelizavetanın ölümü ilə bağlı qəribə iddialar yer alıb.

Kraliçanın əslində elan edildiyi gündən çox əvvəl öldüyü bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, kraliça II Yelizaveta Balmoral qalasında vəfat edib və kral ailəsinin bütün üzvləri onunla vidalaşa bilməyib.

Dünya kraliçanın ölümünü 2022-ci il sentyabrın 8-də saat 18:30-da öyrənib. O, öldüyü gün 96 yaşında idi. Eyni zamanda səhər saatlarında onun vəziyyəti pisləşsə də, bu təfərrüatlar gizli saxlanılıb.

Qeyri-adi bir şeyin baş verdiyini göstərən ilk əlamət, 1 gün öncə şahzadə Çarlzın səhər saat 10.30-da Balmorala gəlməsi olub. Onun ardınca Kamilla, şahzadə Anna da qalaya daxil olub.

Kraliça, ölüm şəhadətnaməsinə görə, "qocalıq" səbəbiylə saat 15:10-da ölüb. 

Kral Çarlzın sözçüsü bildirib ki, ictimaiyyət yalnız bütün ailə üzvləri xəbərdar edildikdən sonra ölüm barədə məlumatlandırılıb. Şahzadə Harri öz xatirələrində yazıb ki, nənəsinin ölümünü ailə üzvlərindən deyil, BBC jurnalistlərindən öyrənib. /lent.az


SON XƏBƏRLƏR

13 Sentyabr 2024