• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki günlük körpəsini öldürüb fındıq bağında basdırdı

DÜNYA

02 Noyabr 2023 | 16:37 | Müəllif: Subhan Mahmudov

İki günlük körpəsini öldürüb fındıq bağında basdırdı

Türkiyədə nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdıran qadın məhkəməyə çıxıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu qanlı cinayət 2022-ci ilin sentyabrında baş verib. 

27 yaşlı Bilge Çapa nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdırmaq ittihamı ilə saxlanıldığı işdə hakim qarşısına çıxıb. 

"İstifadə etdiyim dərmanlara görə bəzi hadisələri xatırlamıram" deyən Çapa özünü belə müdafiə edib: 

"Həmin gün körpə ilə xəstəxanadan çıxandan sonra evdə heç kim yox idi. Axşam yatdım. Ertəsi gün yuxudan oyandım, Uşaq ölmüşdü. Çox qorxduğum üçün meyiti gizlətmək qərarına gəldim". /yenisabah.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026