Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
"Koroçanski rayonunda nəqliyyat təyyarəsi qəzaya uğrayıb. O, yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı həlak olub", - deyə vilayət rəhbəri bildirib.
Qubernatorun sözlərinə görə, hazırda qəza yeri mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri yerindədir, istintaq tədbirləri aparılır. "Qəzanın səbəblərini müəyyən etmək üçün əraziyə komissiya göndərilir", - Qladkov əlavə edib.















