• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

ABŞ “F-35A” qırıcıları ilə Koreyada təlimlər keçir

DÜNYA

23 Fevral 2024 | 11:35

ABŞ “F-35A” qırıcıları ilə Koreyada təlimlər keçir

Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri “F-35A” qırıcılarının iştirakı ilə birgə təlim keçirib.

“Report” TASSa istinadən xəbər verir ki, bu barədə koreyalı hərbçilər bildirib.

Məlumata görə, hərbi təlim Cənubi Koreyanın ərazisində keçirilib. Bildirilib ki, Cənubi Koreyada ABŞ hərbi kontingentinin silah arsenalında “F-35A” yoxdur. Koreyalılar tərəfdən “F-35А”, “KF-16”, “F-15K” və başqa aviatexnika nümunələri iştirak edib.

İnformasiyaya əsasən, tərəflər şərti düşmənin təyyarələrini və qanadlı raketlərini ələ keçirmək üçün müdafiə üzrə tapşırıqları yerinə yetiriblər.

Bildirilib ki, fevralın 14-də Şimali Koreya yeni tipli “Padasuri-6” (“Orlan-6”) gəmi əleyhinə raketi sınaqdan çıxarıb. Rəsmi Pxenyan yanvarın 30-da isə onlar “Hvasal-2” (“Strela-2”) strateji qanadlı raketinin sınağını uğurla buraxdıqlarını bildiriblər. Yanvarın 28-də isə onlar “Pulhvasal-3-31” (“Fire Arrow-3-31”) yeni sualtı qanadlı raketlərini sınaqdan keçirib.

Cənubi Koreya mediası bildirib ki, “Pulhvasal-3-31” adındakı 31 rəqəmi “Hvasan-31” (“Vulkan-31”) taktiki nüvə başlığının quraşdırılması deməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR