• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyev: “Ərdoğanın səfəri çərçivəsində Şuşada məktəbin təməli qoyulacaq” 

GÜNDƏM

27 May 2021 | 12:24

İlham Əliyev: “Ərdoğanın səfəri çərçivəsində Şuşada məktəbin təməli qoyulacaq”

“Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulub. Əziz qardaşım, hörmətli cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb”. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Türkiyənin Milli Təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.

Prezident əlavə edib ki, hazırda Azərbaycanda təhsil sahəsi ilə bağlı çox ciddi islahatlar aparırıq:

“Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsilin keyfiyyətinin qaldırılması və eyni zamanda Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026