• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İlham Əliyev: Qırğızıstana səfərim böyük əhəmiyyət kəsb edir

SİYASƏT

11 Oktyabr 2022 | 16:37

İlham Əliyev: Qırğızıstana səfərim böyük əhəmiyyət kəsb edir

Qırğızıstana hazırkı səfərim böyük əhəmiyyət kəsb edir. Bu mənim Qırğızıstana ilk rəsmi dövlət səfərimdir. Bundan öncə iki dəfə beynəlxalq tədbirlər çərçivəsində burada səfərdə olmuşam. Qırğızıstan Prezidentinin də dediyi kimi, cəmi yarım il əvvəl o, Bakıda səfərdə olub. Bu gün isə mən buradayam.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Qırğızıstan dövlət başçısı Sadır Japarovla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

“Bu ondan xəbər verir ki, biz nəzərdə tutulmuş işləri daha tez reallaşdırmaq niyyətindəyik. Ümumiyyətlə, cavab səfərləri bir ildən az müddətdə baş vermir. Bu onun göstəricisidir ki, biz nəticəyə köklənmişik”, - Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti böyük məmnuniyyətlə qeyd edib ki, Bakı görüşündə əldə olunmuş razılaşmaların bir hissəsi artıq reallaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026