Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki,səfərdə məqsəd Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etməkdir.
Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.















