• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İlham Əliyev Tokayevə başsağlığı verdi

SİYASƏT

28 Oktyabr 2023 | 13:21 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Tokayevə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026