• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

İlin ikinci Ay tutulması başlayıb 

GÜNDƏM

18 Sentyabr 2024 | 09:31

İlin ikinci Ay tutulması başlayıb 

2024-cü ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı.az-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb və saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu saat 06:44-də baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.

2024-cü ilin ikinci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkündür.

Azərbaycan ərazisində saat 04:41-dən 06:19-dək yarımkölgəli Ay tutulması müşahidə ediləcək.


SON XƏBƏRLƏR