• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlkin Əhmədov Nəfəsi rüsvay etdi: “Bazardan eşq alırlar?”

MƏDƏNİYYƏT

13 Fevral 2024 | 12:31

İlkin Əhmədov Nəfəsi rüsvay etdi: “Bazardan eşq alırlar?”

“Bir mahnı var, müğənni deyir ki, “bazardan eşq alacam”. Nəsə belə sözlər var. Nə bilim, deyir “bazara gedib eşq satacam”. Belə şey olur?”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İlkin Əhmədov “Ay Zaur” verilişində deyib.

O, ad çəkmədən həmkarı Nəfəsin bostanını daş-qalaq edib:

“Bu qədər bayağı olmaq olmaz. Ümumiyyətlə mahnı özü zəifdir, mahnı özü bayağıdır. Ola bilər ki, o mahnı səviyyəcə bizim ölkədən aşağı olan ölkələrdə səslənsin. Amma o mahnılar bizim ölkəmizin səviyyəsinə uyğun mahnılar deyil. Bizim sənətimiz var. Bizim incəsənətimiz qədər zəngin incəsənət yoxdur. Gəlsinlər təhsil alsınlar”.

Qeyd edək ki, İlkin Əhmədovun dediyi sözlər müğənni Günel Məmmədlinin (Nəfəs) ifa etdiyi “Tükənmişəm” mahnısının bir hissəsidir. Mahnıda “Getməyəcəm eşq satılan bazarlara, oturmaram eşqə gedən qatarlara” deyə cümlə təkrarlanır.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026