İndoneziyanın cənub ucunda yerləşən Baubau şəhərinin cənub-şərq sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Geoloji Xidməti dəniz altında baş verən zəlzələnin episentrinin Baubau şəhərindən təxminən 262 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Təxminən 587 kilometr dərinlikdə qeydə alınan 6,1 bal gücündə zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Əli Hüseynov