• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yüksək hərarət, ürək bulanması, boğaz ağrısı... - İnfeksionist yayılan virusdan DANIŞDI

CƏMİYYƏT

28 Noyabr 2022 | 17:38

Yüksək hərarət, ürək bulanması, boğaz ağrısı... - İnfeksionist yayılan virusdan DANIŞDI

Son günlər uşaqlar və böyüklər arasında yüksək hərarət, ürək bulanması, boğaz ağrısı və s. bu kimi simptomları daşıyan xəstəlik yayılıb.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yay aylarının sonları, payız mövsümünə keçid və qış fəslinə keçiddə xəstəliklər daha çox müşahidə edilir: “Bu, kəskin respirator virus infeksiyalarıdır, yəni, tənəfüs yolu xəstəlikləridir”.

Onun sözlərinə görə, bu fəsillərdə xəstəliyin yaranması üçün münbit şərait var. Günəşin aktivliyinin azalması, havanın birdən soyuması, insan orqanizminin qəfl isti mühitdən soyuğa düşməsi və s. bu kimi şeylər xəstəliklərə səbəb olur.

“Hal hazırda uşaqlar və böyüklər arasında yayılan xəstəlik tədricən başlayan bir xəstəlikdir” deyən müsahibimizin sözlərinə görə, xəstəlik boğaz ağrısı ilə başlayır, yüngül burun tutulması və bir günlük burun axma da müşahidə edilə bilir. Bəzən hərarət də olur. Əsasən, kəskin bronxit, yəni bəlğəmli öskürək müşahidə edilir: “Bunlar koronavirus infeksiyası deyil. Bu, başqa bir qripəbənzər virus infeksiyalardandır. Çox böyük ehtimal ya adenavirus, ya da paraqrip virusudur. Buna el arasında elə qrip deyilir”.

İnfeksionist qeyd edib ki, bu virusların 200-ə qədər növü var: “Bunlar hər il müxtəlif xəstəliklər törədirlər. Azərbaycanda koronavirus azalır və yüngül keçməyə meyillidir. Düzdür, artıq qripəbənzər formada keçir, amma həkim baxdıqda koronavirus, yoxsa qrip olduğundan şübhələnə bilir. Belə olduqda da udlaqdan götürülən yaxma analiz vermək lazımdır”.

M.Əliyev hesab edir ki, avtobuslarda, xüsusən də qapalı yerlərdə maskalardan istifadə edilməsi çox yaxşı olar, mən bunun tərəfdarıyam: “Gigiyenik vasitə kimi maskalardan istifadə olunması həm koronavirus, həm də digər kəskin respirator virusları, vərəmin qarşısını almaqda da effektivdir. Amma dövlət tərəfindən bir qərar veriləcəyinə inanmıram. Çünki dövlət tərəfindən belə bir qərar verilirsə, bu məcburi sayılır. Bu qərar ölkədə koronavirusla bağlı ciddi vəziyyət yarandıqda verilir. Ancaq hazırda koronavirus azalmağa doğru gedir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026