Böyük Britaniyada iyulun 4-də erkən parlament seçkilərinin keçirilməsi qərara alınıb.
Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, İngiltərə son 5 ildə ölkə İkinci Dünya Müharibəsindən sonra ən çətin dövrlərdən keçib. Hazırda ölkə bu çətinliklə mübarizə aparır.
"İndi İngiltərənin öz gələcəyini seçmək vaxtıdır. Əldə etdiyimiz irəliləyişə əsaslanmaq, yoxsa plansız və əminlik olmadan birinci yerə qayıtmaq istəməyimizə qərar vermək vaxtıdır. Bu gün səhər saatlarında Kralla görüşdüm. İngiltərə Kralı parlamentin buraxılması tələbini qəbul etdi və 4 iyulda seçkilərimiz olacaq". - deyə Baş nazir vurğulayıb.
Gülşən Şərif
















