• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

İnşası davam edən Murovdağ tunelində son vəziyyət - VİDEO

CƏMİYYƏT

09 Iyul 2025 | 16:23

İnşası davam edən Murovdağ tunelində son vəziyyət - VİDEO

 

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi ilə bağlı işlər sürətlə davam etdirilir. Aparılan tikinti işləri istiqamətində dünən Kəlbəcər rayonunda yerləşən Murovdağ tunelinin sol tərəf yarım hissəsi də tunelə birləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntüləri ərazidə çalışan işçilərdən biri yayıb.

O, bu münasibətlə hər kəsi təbrik edib.

Xatırladaq ki, Göygöl şəhərindən Kəlbəcər şəhərinə Murovdağ silsiləsindən keçərək gedən birbaşa avtomobil yolu Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonunun İstisu qəsəbəsində bitəcək. Layihənin uzunluğu 80,7 km-dir. Onun 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.

Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Ona görə də çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Daha ətraflı videoda:



SON XƏBƏRLƏR