"İran Azərbaycan üzərinə səlib yürüşü edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, narkoticarətlə məşğul olan dövlətin müsəlmanlıqdan danışması yalnışdır. Deputat bildirib ki, dindən başqa hər şeylə məşğul olan, məscidlərimizdə Ermənistanın donuz saxlamasına göz yuman dövlətin islam dəyərlərindən danışması yalnışdır.
"İran 210 sifətli dövlətdir. İran anlamalıdır ki, onun qarşısında kimdir. İranla aramızdakı fərq zehniyyət fərqidir, beyin məsafəsidir. Niyəsə Azərbaycanda İransifətlilərin, casuslarının səsi kəsilib. Deyəsən, onların interneti kəsilib. Tanrı dövlətimizi fürsətçillərdən, cahillərdən qorusun”, - deyə deputat bildirib.
Nuranə Daxilqızı
















