• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"İran Azərbaycandan üzr istəməsə, hərbi münaqişə başlaya bilər" 

Gündəm

27 Yanvar 2023 | 11:25

İran Azərbaycandan üzr istəməsə, hərbi münaqişə başlaya bilər 

"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror hadisəsidir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

O qeyd edib ki, indi hadisələrin inkişafı İranın Ali dini lideri Ayətullah Əli Xameneyidən asılıdır: "İranın ali rəhbərliyi üzr istəsə, cinayətkarların cəzalanacağını desə, terror hadisəsində həlak olan şəxsin və ya şəxslərin ailəsinə başsağlığı versə, proseslərin gələcəkdə mənfi inkişafına ehtiyac yoxdur. İran belə bir açıqlama verməsə, bu o deməkdir ki, terror hadisəsi İran dövlətinin şovinist dairələri tərəfindən həyata keçirilib".

Z.Əlizadə hesab edir ki, bu isə diplomatik əlaqələrin kəsilməsinə, hərbi münaqişəyə səbəb ola bilər.

"Məncə, İranın ali rəhbərliyi Azərbaycanla münasibətləri korlamaq istəməz. İranın siyasi rəhbərliyi məntiqli düşünməlidir. İran dünya təcrübəsində nəzərdə tutulmuş bütün addımları atmalıdır", - deyə Zərdüşt Əlizadə əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. 

Ramid İbrahimov 



 


SON XƏBƏRLƏR