• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İran danışıqların bərpası üçün şərtini açıqladı

DÜNYA

22 Aprel 2026 | 00:51 | Müəllif: Subhan Mahmudov

İran danışıqların bərpası üçün şərtini açıqladı

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani bildirib ki, Tehran ABŞ-nin dəniz blokadasına son qoymağa hazır olması barədə "bəzi siqnallar" alıb və danışıqların növbəti mərhələsi İslamabadda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Bu baş verdikdə (blokada qaldırıldıqda - red.), danışıqların növbəti mərhələsi İslamabadda keçiriləcək", - deyə İrəvani bildirib. 

Diplomat əlavə edib ki, ABŞ-nin Hörmüz boğazının blokadasını ləğv etməsi danışıqların bərpası üçün şərtdir:

"Əgər ABŞ siyasi həll yolu istəyirsə, İran hazırdır; əgər ABŞ müharibə istəyirsə, İran da hazırdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026