“İran tezliklə İsrailə ölümcül zərbələr endirəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, briqada generalı Ramazan Şərif Tehranda keçirdiyi mətbuat konfransında bildirib.
R.Şərif İranın Dəməşqdəki konsulluq binasına edilən hücuma da toxunub:
“Onlar heç nəyə nail ola bilməyəcəklər və bu hərəkətlərlə mühafizəçilərimizin motivasiyası ikiqat artacaq. Tezliklə sionist rejimə daha ölümcül zərbələrin şahidi olacaqsınız”.
Qeyd edək ki,aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluq binasına zərbə endirib. Nəticədə SEPAH-ın iki generalı və 5 zabiti ölüb. İranlı diplomatların da öldüyü iddia edilir.
Günəş Mərd












jpg-1714728244.webp)



