İran Naxçıvandan keçən dəmir yolu ilə yüklərin daşınmasına başlamağa çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri bildirib.
O qeyd edib ki, hazırda İranın dəmir yolları şəbəkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi üzrə iş gedir: "Bu gün biz MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının kluarında "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin nümayəndələri ilə danışıqlar aparmışıq ki, İrandan Ermənistana gedən yüklərin bir qismi Naxçıvan vasitəsilə tədarük olunsun. Bununla Naxçıvandakı dəmir yolu işə düşəcək. Bunun qısa zamanda həyata keçirilməsi üçün çalışırıq".
Bakı 



