• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İran nüvə silahını qadağan edən fərmanı dəyişəcək?

DÜNYA

19 Iyul 2024 | 00:50 | Müəllif: Subhan Mahmudov

İran nüvə silahını qadağan edən fərmanı dəyişəcək?

"İranın ruhani lideri və ali məmuru Ayətullah Əli Xameneinin nüvə bombasının yaradılmasının qadağan edilməsi ilə bağlı verdiyi fətva ölkədə heç bir müzakirə mövzusu ola bilməz, bu qərar dəyişdirilməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin vəzifələrini icra edən Əli Baqiri Kani bildirib.

"Nüvə məsələsində İran sərhədlərdən kənara çıxmaq niyyətində deyil... Bu, İran rəhbərinin fətvasıdır... Ona görə də onun verdiyi əmr və fətvalar hər kəs (hakimiyyət orqanları - red.) tərəfindən məcburi şəkildə icra edilməlidir", - deyə o vurğulayıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR