• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Türkiyədə yanğınlar: 7 nəfər saxlanıldı

DÜNYA

17 Avqust 2024 | 21:51 | Müəllif: Subhan Mahmudov

Türkiyədə yanğınlar: 7 nəfər saxlanıldı

Türkiyə polisi respublikanın qərbində və şimal-qərbində meşə yanğınlarının törədilməsində şübhəli bilinən 7 nəfəri saxlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerliqaya məlumat verib.

Bildirilib ki, onlardan dördü cümə günü axşam saatlarında yanğının 4 milyonluq şəhərin, Karşıyaka ətrafı da daxil olmaqla, yaşayış məntəqələrinə çatdığı İzmir vilayətində nəzarətə alınıb.

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, hazırda beş vilayətdə - İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter və 11 təyyarə, 366 quru qüvvəsi, Rusiyanın Be-200 amfibiya təyyarəsi iştirak edir.

Azərbaycan da Be-200 təyyarəsini göndərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR