• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İran ordusu Cəbrayıla və Zəngilana girib: "Uzunmüddətli danışıqlardan sonra..." 

GÜNDƏM

12 Oktyabr 2021 | 11:47

İran ordusu Cəbrayıla və Zəngilana girib: "Uzunmüddətli danışıqlardan sonra..."

“İranın Azərbaycan ordusunun hücum əməliyyatlarına maneçilik törətməsi yalnız Arazın sağ sahilində qoşun çıxarması ilə əlaqədar olmayıb. İran müharibə vaxtı özünə aid olan radioelektron mübarizə vasitələrini də bizim qoşunların hücum əməliyyatları keçirdiyi və pilotsuz vasitələrdən istifadə etdiyi ərazilərdə tətbiqinə də yol verib. Dolayısıyla desək, İranın Azərbaycanın pilotsuz vasitələrinin fəaliyyətlərinə mane olmaq üçün də bəzi addımlar atdığı haqqında məlumatlar mövcuddur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert qeyd edib ki, İranın əl atdığı bütün təxribatçı fəaliyyətlər heç bir nəticə vermədi və bu Ermənistanı labüd məğlubiyyətdən xilas etmədi: “Amma İran Azərbaycan kimi çox vacib və əhəmiyyətli bir müttəfiqini itirmək təhlükəsiylə hazırda üz-üzə qalıb. 20-25 separatçı rejimdə fəaliyyət göstərən və əksəriyyəti də yaxın gələcəkdə həbsxanalarda çürüməsi gözlənilən cinayətkarlara görə İranın Azərbaycan ilə münasibətləri pozmağına dəyməzdi. Tam əksinə, eyni dindən, eyni təriqətdən olan qardaşlarının öz ərazilərini azad etməsinə İran yardımçı olmalı və ya dəstək verməli idi. Necə ki qonşuları olan Türkiyə və Pakistan bunu etdilər”.

Ə.Verdiyev qeyd edib ki, İran hərbçilərinin Azərbaycan ərazisini tərk etməsi müharibə zamanı baş verməyib: “İran hərbçiləri müharibə başa çatdıqdan bir neçə ay sonra hələ yenə də Araz üzərində olan Xudafərin su anbarının sağ sahilində, yəni Cəbrayıl ərazisində texnika və hərbçilərini saxlayırdılar. Yalnız bunu müharibənin başa çatmasından bir neçə ay sonra uzunmüddətli danışıqlardan sonra geri çəkdilər.

Bundan başqa, İran birbaşa olaraq Qarabağın dağlıq hissəsi ilə əlaqə saxlamaqdan ötrü Araz üzərində sonradan işğal dövründə quraşdırılan körpüdən də istifadə edib. Bu körpü də azərbaycanlılar əraziləri azad edənə qədər işlək vəziyyətdə idi. Azərbaycan torpaqlarında vətəndaşlarımızın qoyub gəldiyi evlərin də məhz böyük bir hissəsi bu körpü vasitəsilə sökülüb, talandıqdan sonra İrana daşınıb. Bu barədə də əlimizdə kifayət qədər ciddi görüntülər və faktlar mövcuddur”.

Ekspert qeyd edib ki, İranın üç-beş əyalət mollası səviyyəsində səsləndirdiyi və daha çox İrana zərər vura biləcək fikirlərə rəsmi münasibət bildirməməsi, onların ağzının payını verməməsi bizi də çox üzür, Azərbaycan ilə İran arasında olan münasibətlərə kifayət qədər ciddi ziyan vurur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR