• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rəisi İsraili HƏDƏLƏDİ: "Sizin tərəfdən kiçik bir təhlükə yaranarsa..."

DÜNYA

18 Aprel 2022 | 11:44

Rəisi İsraili HƏDƏLƏDİ: "Sizin tərəfdən kiçik bir təhlükə yaranarsa..."

"İsraildən ən kiçik belə təhlükə yaranarsa, İran Silahlı Qüvvələri bu ölkənin mərkəzi rayonlarına zərbələr endirəcək".

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ordu gününə həsr olunmuş mərasimdə deyib..

“Əgər sizin tərəfinizdən millətimizi təhdid edən ən kiçik bir hərəkət olarsa, o zaman İsrail rejiminin mərkəzi silahlı qüvvələrimizin hədəfinə çevriləcək”, - deyə İRNA onun sözlərindən sitat gətirib.

Prezidentin sözlərinə görə, İsrail region ölkələri ilə münasibətləri normallaşdırmağa çalışır, halbuki İsrail qüvvələrinin ən kiçik hərəkəti İran Silahlı Qüvvələri və kəşfiyyatının diqqətindən yayınmayacaq.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026