• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

İran Qətərin bu addımını dəstəklədi

DÜNYA

15 Oktyabr 2023 | 23:14

İran Qətərin bu addımını dəstəklədi

İran Qətərin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması səylərini dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu oktyabrın 15-də İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Qətərin nəqliyyat naziri Casim bin Saif bin Əhməd Əl Sulaiti ilə telefon danışığı zamanı deyib.

Söhbət zamanı tərəflər yaxın vaxtlarda Tehranda dəhliz ölkələrinin nəqliyyat nazirlərinin iştirakı ilə beynəlxalq görüşün keçirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin iki ölkə arasında ticarət, iqtisadiyyat və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR