• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İran səfiri koronavirusdan ÖLDÜ

DÜNYA

21 Dekabr 2021 | 12:46

İran səfiri koronavirusdan ÖLDÜ

İranın Yəməndəki səfiri Həsən İrlou COVID-19-dan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən həftə iranlı diplomatın COVİD-19 testi müsbət çıxıb:

"İrlou işgüzar səfəri zamanı koronavirusa yoluxub və bəzi ölkələrin gecikmiş əməkdaşlığı səbəbindən təəssüf ki, o ölkəyə ağır vəziyyətdə gətirilib. Baxmayaraq ki, onun müalicəsi üçün bütün tədbirlər görülüb lakin o, bu gün səhər saatlarında dünyasını dəyişib".

Qeyd edək ki, dekabrın 19-da İran mediası Səna şəhərində diplomatik missiyasını yerinə yetirən səfirin Səudiyyə Ərəbistanının razılığı ilə təxliyə olunduğunu yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026