İran sanksiyaların ləğvi məsələsində ABŞ ilə danışıqları bərpa etməyə hazırdır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qəribabadi SNN telekanalına müsahibəsində bildirib.
"İran əvvəlki kimi sanksiyaların aradan qaldırılması məsələsində danışıqlara başlamağa və ya bərpa etməyə hazırdır. Əgər qarşı tərəf belə bir istək bildirərsə, mütləq danışıqlar keçiriləcək", - o, Trampla dialoqa başlamaq imkanı ilə bağlı suala cavab verib.