İran ABŞ və Böyük Britaniyanın döyüş təyyarələrinin Yəmənə endirdiyi hava hücumunu pisləyir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunun İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani deyib.
Hücumu Yəmənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qanunların pozulması kimi qiymətləndirən Kenani qeyd edib ki, bu özbaşına hücum regionda qeyri-sabitliyi gücləndirməkdən başqa heç bir məqsədə xidmət etməyəcək: “Biz beynəlxalq ictimaiyyətdən məsuliyyətli reaksiya ilə regionda müharibə, qeyri-sabitlik və etibarsızlığın yayılmasının qarşısını almasını xahiş edirik".
Xatırladaq ki, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərinin bəzi nöqtələrinə hava zərbələri endirib.
Ay Tac
















