• Bakı 31° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

İranın Azərbaycanla münasibətlərini yenidən formalaşdırmasına ehtiyac var

SİYASƏT

04 Avqust 2025 | 12:50

İranın Azərbaycanla münasibətlərini yenidən formalaşdırmasına ehtiyac var

"İranın daxildə güclü islahatlara ehtiyacı olduğu kimi, beynəlxalq aləmdə də yeni münasibətlər sistemi qurmasına ehtiyac var".

Bu sözləri İranın beynəlxalq aləmdəki mövcud vəziyyətini şərh edən politoloq Xəqani Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian həm ölkə daxilində, həm də ölkə xaricində vəziyyəti dəyişmək istəyir:

"Bəlkə də bu baxımdan Pezeşkian İranın son şansıdır. Məsud Pezeşkianın  Azərbaycanla bağlı son fikirləri də buna cəhd kimi  dəyərləndirilə bilər”.

Müsahibimiz vurğulayıb ki, İranın Azərbaycanla münasibətlərinin yenidən formalaşdırılmasına ehtiyac var:

“İranla Azərbaycan qonşudurlar. Ən əsası İran toplumunun önəmli bir hissəsini Azərbaycan türkləri təşkil edir. Yəni, Azərbaycanla münasibət daxili siyasətə təsir edir. Bu münasibət yaxşı olsa, toplumda gərginlik bir qədər azalar”.

Xəqani Cəfərli: Pezeşkianın fikirləri Güney Azərbaycanda fikir aydınlığına xidmət edəcək

Politoloq qeyd edib ki, bütün bunlara baxmayaraq, İranın rəsmi dairələrində Azərbaycana düşmən və yaxud yad baxış çox güclüdür. Dediyinə görə, prezident Pezeşkianın həmin qüvvələri zərərsizləşdirməsi hazırda mümkün görünmür. Ona görə  də İranla Azərbaycan arasında münasibətlərin normalaşacağı ehtimalı çox azdır.

X.Cəfərli onu da qeyd edib ki, Pezeşkianın “Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər bu münasibətlər qurulmayıbsa, günah bizdədir!" fikirləri böyük əhəmiyyətə malikdir. Bu, Güney Azərbaycanda fikir aydınlığına xidmət edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Avqust 2025