• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycan tək deyil" - İSTAD sədri

SİYASƏT

27 Yanvar 2023 | 15:55

"Azərbaycan tək deyil" - İSTAD sədri

“Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını pisləyirik”.

Bunu Bakıvaxtı.az-a İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD)  sədri Səfər Qaraqoyunlu bildirib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə və 2-ci Qarabağ müharibəsi başlayandan İranın bölgədəki münasibət və davranışları bu terror aktını doğurdu:

“Hazırkı terror aktının yeganə günahkarı İran İslam Respublikasıdır. İran hər fürsətdə Ermənistanla qol-qoladır. O, Azərbaycan və Türkiyənin güclənməsindən narahatdır. Bundan başqa, İran Zəngəzur dəhlizindən pay umur" deyən S.Qaraqoyunlu bildirib ki, bu terror aktını törədənlərin ən ağır şəkildə cəzalandırılmalıdır.

"Bölgənin sülh və təhlükəsizliyə ehtiyacı olduğu bir vaxtda baş vermiş bu terror aktını qətiyyətlə pisləyirik. Bilinməlidir ki, Azərbaycan tək deyil”, - deyə İSTAD sədri vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026