İraq Silahlı Qüvvələrinin komandanlığı Mosul şəhəri yaxınlığındakı Maxmur rayonunda İŞİD terror təşkilatının 27 silahlısının məhv edildiyini açıqlayıb.
Bakıvaxtı.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki həftədir davam edən əməliyyata İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya qüvvələrinin helikopterləri, təyyarələr və İraqın Hərbi Hava Qüvvələri cəlb edilib.
İraq ordusunun mətbuat katibi general Yəhya Rəsul bildirib ki, öldürülmüş terrorçuların sayı hələlik son rəqəmlər deyil, çünki hava zərbələrindən sonra dağıntılar altından bütün silahlıların meyitləri çıxarılmayıb
















