• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənistanda nazir istefa verdi

DÜNYA

23 Aprel 2021 | 13:54

Ermənistanda nazir istefa verdi

Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Arakelyan bildirib ki, müharibədən sonrakı dövrdə bu məsuliyyəti yalnız bir məqsəd – insanlara üzləşdikləri sosial problemlərin həllində kömək üçün öz üzərinə götürüb.

"Qarabağın sosial böhrandan çıxdığını, inkişaf proqramları və mənzil tikintisi mərhələsinə qədəm qoyduğunu deyə bilərik, sosial problemlərin aşılacağını düşünürəm".

Arakelyan 20 noyabr 2020-ci ildə nazir vəzifəsinə təyin edilib. Bundan əvvəl Ermənistan baş nazirinin müşaviri vəzifəsində çalışıb.(azvision.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026