İsrail ordusu tərəfindən Qəzzaya atılan ancaq partlamayan 300 raket məhv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qəzzadakı Polis İdarəsinin rəisi Mahmud Salah deyib.
“Bundan başqa, Qəzza zolağına atılan tank və top mərmiləri də zərərsizləşdirilib. İsrail ordusu qərargahımızı bombalayaraq daxili cəbhədə qarışıqlıq yaratmaq istə də, buna nail ola bilmədi”, - polis rəisi bildirib.
















