• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Özbəkistanda Yeni Əndican adlı şəhər salınır

DÜNYA

21 Iyun 2021 | 10:49

Özbəkistanda Yeni Əndican adlı şəhər salınır

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Fərqanə vadisində Yeni Əndican adlı şəhərin bünövrəsini qoyub.

AZƏRTAC xəbər verir ki, prezident bununla bağlı keçirilən mərasimdə yeni şəhərdə tikiləcək binalarda 130 min mənzilin olacağını qeyd edib. O deyib ki, burada 450 mindən çox adam yaşayacaq.

Dövlət başçısının sözlərinə görə, şəhərin ümumi sahəsi 4000 hektar ərazini əhatə edəcək, bunun da 2000 hektarı binalar, sosial obyektlər, sənaye zonası, 2000 hektarı isə yaşıl zona üçün nəzərdə tutulacaq.

İlkin mərhələdə şəhərdə 170 çoxmərtəbəli bina 3310 mənzil, həmçinin məktəblər, uşaq bağçaları inşa olunacaq. Əvvəl şəhərdə 10 min, tikinti başa çatdıqdan sonra isə 100 min iş yeri olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026