• Bakı 11° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

İraqda milli matəm elan edildi

DÜNYA

03 Fevral 2024 | 19:23 | Müəllif: Subhan Mahmudov

İraqda milli matəm elan edildi

İraqda ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində həlak olanlar üçün milli matəm elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında bildirilib.

“Bu gün Ənbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-ın bombardmanı nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR