“Spotify” musiqi platformasının etirazından sonra Avropa İttifaqı Apple-ı “App Store” tətbiqlərində dominant mövqeyindən sui-istifadə etdiyi üçün 2 milyard dollar cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin rəqabət üzrə rəhbəri Margrethe Vestager bildirib.
Onun sözlərinə görə, Apple musiqi xidmətlərinin bölüşdürülməsində bazardakı dominant mövqeyindən on ildir ki sui-istifadə edir.
O, həmçinin Apple-ın dəyişikliklərini diqqətlə nəzərdən keçirdiyini və şirkətin martın 7-də qüvvəyə minən Rəqəmsal Bazarlar Aktı kimi tanınan AB-nin yeni texnologiya qaydalarına uyğun olub-olmadığını öyrənmək üçün bazardan gələn rəyləri də nəzərə alacağını deyib.
Qeyd edək ki, texnologiya nəhəngi “Apple”ın gəlirləri 30 dekabr 2023-cü ildə 119,6 milyard dollara, iPhone satışları isə 6 faiz artaraq 69,7 milyard dollara çatıb.
Günəş Mərd
















