• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukrayna və Finlandiya yeni saziş imzaladı

DÜNYA

03 Aprel 2024 | 16:31

Ukrayna və Finlandiya yeni saziş imzaladı

Ukrayna və Finlandiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sazişi prezidentləri Volodimir Zelenski və Aleksandr Stubb imzalayıblar.

Sənəd Stubbın Kiyevə səfərindən sonra imzalanıb. İki ölkə arasında siyasi, humanitar, iqtisadi və hərbi sahələrdə əməkdaşlığı nəzərdə tutan saziş 10 il müddətində qüvvədə olacaq.

“Finlandiya Ukraynaya enerji sektorunu bərpa etmək, ətraf mühitə dəyən ziyanı qiymətləndirmək, sərhəd və mühüm infrastrukturun mühafizəsini gücləndirmək və Ukrayna hərbçilərinin müalicəsində kömək edəcək”, - deyə Zelenski öz teleqram kanalında yazıb.

Onun sözlərinə görə, bu sənəd Helsinkinin Moskvaya qarşı mübarizədə Kiyevi dəstəkləməyə davam etməyə hazır olduğunu təsdiqləyir.

Qeyd edək ki, Finlandiya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayan səkkizinci ölkədir.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR