Ukrayna Rusiya ilə müharibədə qələbə qazandıqdan dərhal sonra Avropa İttifaqına olacaq.
Bakıvaxtı.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş nazir Denis Şmıxal bildirib.
Onun sözlərinə görə, Ukrayna bununla bağlı bütün tədbirləri görür:
"Ukraynanın Aİ-yə daxil olmaqla bağlı siyasi qərarın bizim qələbəmizdən dərhal sonra veriləcəyinə böyük ümidim var. Biz bunu edəcəyik. Biz bütün öhdəliklərimizi yerinə yetiririk".
Qeyd edək ki, keçən il noyabrın 8-də Avropa Komissiyası Ukrayna və digər ərizəçi ölkələrin (Moldova və Gürcüstan) Aİ-yə daxil olmaq istiqamətində əldə etdiyi irəliləyişlər haqqında hesabat dərc edib. Xüsusilə, AK Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyə edib.
Ötən il dekabrın 14-də Avropa Şurası Brüsseldə keçirilən sammit zamanı Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyib. Eyni zamanda Ukrayna Aİ üzvlüyünə namizəd statusu alıb.
Günəş Mərd




jpg-1712151823.webp)











