• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrəvanda etirazçılarla polis arasında toqquşma

DÜNYA

04 May 2022 | 19:42 | Müəllif: Subhan Mahmudov

İrəvanda etirazçılarla polis arasında toqquşma

Ermənistan müxalifəti paytaxt İrəvanın küçələrində etiraz yürüşü keçirib.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar parlament binasından Vazgen Sarkisyan küçəsindəki hökumət binaları kompleksinə eniblər.

Polis Xarici İşlər Nazirliyinin binasının girişi qarşısında etirazçıların yolunu bağlamağa çalışıb. Lakin nümayişçilər içəri keçərək Ədliyyə Nazirliyinin binasına tərəf qaçıblar. Bu vaxt asayiş keşikçiləri ilə etirazçılar arasında əlbəyaxa dava düşüb.

Daha sonra hərəkatın liderlərindən biri İşxan Saqatelyan nümayişçiləri küçəyə geri çəkilməyə çağırıb. Etirazçılar yenidən yolun hərəkət hissəsinə çıxıblar.(report)

Mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. Etirazçılar hakimiyyətin istefasını tələb edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026