Ukraynanın İrpen şəhərində Rusiyanın başlatdığı müharibə nəticəsində dağılmış dəmir yolu körpüsü bərpa edilib. Həftələr sonra ilk dəfə olaraq şəhər stansiyasında elektrik qatarı hərəkət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Markuşin xəbər verib. O, özünün “Telegram” kanalında bununla bağlı kadr da paylaşıb.
















