• Bakı 19° C

    8.79 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

İş adamını öldürüb, meyitini dollarla örtdülər

DÜNYA

18 Aprel 2024 | 14:59

İş adamını öldürüb, meyitini dollarla örtdülər

Livanın Daxili İşlər Nazirliyi İsrailin xarici kəşfiyyat agentliyi olan Mossad-ı iş adamı Məhəmməd Srurun ölümündə təqsirli bilib. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu  barədə nazir Bessam Mövlevi məlumat verib.

O, aprelin 10-da Beyrutun şimalındakı Metin rayonunda ölü tapılan 57 yaşlı valyutadəyişmə məntəqəsinin sahibi Srurun Mossad tərəfindən edam edildiyini bildirib.

Srurun bədənində çoxlu güllə izlərinin tapıldığını qeyd edən Mövlevi, qətllə bağlı istintaqın davam etdiyini və yekunlaşdıqdan sonra ictimaiyyət və məhkəmə orqanları ilə paylaşılacağını bildirib. 

Livanlı iş adamı Srurun meyiti günlər sonra Beyrutun şimalında minlərlə dollarla örtülmüş ərazidə tapılıb. İnsidentdən sonra Livan Daxili İşlər Nazirliyi cinayətkarların tapılması üçün ətraflı araşdırmalara başlanıldığını bildirib. Unikal


SON XƏBƏRLƏR

30 Aprel 2024