• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

“İsgəndər”in Şuşada düşdüyü yerdən görüntülər - VİDEO

GÜNDƏM

01 Aprel 2021 | 22:12

“İsgəndər”in Şuşada düşdüyü yerdən görüntülər - VİDEO

REAL TV-nin rəhbəri Mirşahin Ağayev Şuşada “İsgəndər” raketinin düşdüyü ərazidə olub. Tanınmış telejurnalist Şuşada ANAMA nümayəndəsi Qadir Namazəliyevlə həmsöhbət olub.

Q. Namazəliyev bildirib ki, ANAMA yanvar ayından Şuşa şəhərində və ətraf ərazilərin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçirir:

“Bu təmizlənmə əməliyyatları öncə şəhərin içərisində davam etdirildi. Martın 15-də hazırda dayandığımız ərazidə maraqlı bir detala rast gəldik. Hansı ki həmin detalla rastlaşmamışdıq. Araşdırandan sonra məlum oldu ki, bu hansısa raketin hissəsidir. Ancaq baxış zamanı biz onda hansısa yazı aşkar edə bilmədik. Yazı olmadan da heç bir rəy söyləmək olmur. Bundan sonra biz yenə əməliyyatlarımızı davam etdirdik. Daha sonra şəhərin digər hissəsində əlavə olaraq həmin detaldan aşkarladıq. Yenə də bu bizə heç nə vermədi. Üstündən 2-3 gün keçəndən sonra biz həmin detalın quyruq hissəsini aşkar etdik. Quyruq hissəsində qeydlər və yazılar var idi. Orada 9M723 yazısı var idi. Araşdıranda sonra məlum oldu ki, bu “İsgəndər” raketidir. Beləliklə, raketin Şuşa şəhərinə düşməsi rəsmən təsdiqləndi”.

M.Ağayev daha sonra ANAMA nümayəndəsi ilə birgə hadisənin baş verdiyi 2-ci və 3-cü ocaqlara baş çəkib. Q. Namazəliyev bildirib ki, “İsgəndər” kompleksində iki raket olur. Onlardan biri atıldıqdan bir dəqiqə sonra ikincisi start götürür.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026