Kahramanmaraşda zəlzələdən zərər çəkən İsgəndərunda yağan güclü leysan həyatı iflic edib.
Bakıvaxtı.az "HaberGlobal"a istinadla xəbər verir ki, cənub-qərb və leysan yağışları səbəbiylə dənizin səviyyəsinin qalxıb. Nəticədə sahil zolağında bəzi küçələr su altında qalıb. Nəqliyyatın hərəkətində çətinlik yaranıb.
İsgəndərun rayonunun baş məmuru Murat Sefa Demiryürek ötən günlərdə də rayonda eyni vəziyyətin yaşandığını bildirib.
"İnfrastruktur dağılıb, kanalizasiya sistemi işləmir. Böyükşəhər Bələdiyyəsinə və HATSU səlahiyyətlilərinə məlumat verilib. Onların müdaxiləsini gözləyirik", - deyə baş memar qeyd edib.
Murad Məmmədli

















