• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb

DÜNYA

25 Yanvar 2022 | 20:31 | Müəllif: Subhan Mahmudov

İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb

İspaniyada saxta koronavirus vaksini barədə sertifikatlar (COVID pasportu) təqdim edən qruplaşmaya qarşı polis əməliyyatı keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İspaniya Milli Polisi məlumat verib.

Əməliyyat nəticəsində yeddi nəfər saxlanılıb. Onlardan 6-sı paytaxt Madriddə, bir nəfəri Barselonada ələ keçirilib.

Qeyd olunur ki, həmin qruplaşma Avropanın bir neçə ölkəsində vətəndaşlara saxta sertifikatlar satıb.

Ümumilikdə, qrup üzvləri 1 600 nəfərin adını vaksin bazasına daxil edib.

Əməliyyat zamanı müəyyən edilib ki, qrup üzvləri saxta testi 50 avroya, iki və ya üç dozanın qeyd olunduğu vaksini 200-1000 avro arası qiymətə satıb.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026