• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail Filadelfiya dəhlizini nəzarətə götürüb

DÜNYA

30 May 2024 | 17:09 | Müəllif: Gülşən Şərif

İsrail Filadelfiya dəhlizini nəzarətə götürüb

İsrail ordusu Qəzza və Misir sərhədində yerləşən Filadelfiya dəhlizi kimi tanınan strateji bölgəyə nəzarət edir.

Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bununla bağlı İsrail ordusunun sözçüsü Daniel Hagari açıqlama verib.

O, bölgədə HƏMAS-ın Qəzzaya silah qaçaqmalçılığı üçün istifadə etdiyi təxminən 20 tunelin olduğunu bildirib. 

"Son günlərdə ordu Misir və Rəfah sərhədində Filadelfiya dəhlizinə operativ nəzarət yaradıb. Bu dəhliz HƏMAS-ın mütəmadi olaraq Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silah daşıdığı bir xilasetmə xəttidir. Filadelfiya dəhlizi Misirlə 13 km-lik sərhədin Qəzza tərəfi boyunca uzanan yerlərdə cəmi 100 metr enində bufer zonadır". - deyə ordu sözçüsü qeyd edib.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026