• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İsrail ordusu Türkiyənin Qəzzada tikdiyi obyekti partlatdı

DÜNYA

21 Mart 2025 | 18:41 | Müəllif: Gülşən Şərif

İsrail ordusu Türkiyənin Qəzzada tikdiyi obyekti partlatdı

İsrail Müdafiə Qüvvələri bu gün səhər saatlarında Qəzza zolağının mərkəzində yerləşən keçmiş Türk-Fələstin dostluq xəstəxanasını partladıb.

Bakıvaxtı.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada obyektin HƏMAS tərəfindən istifadə olunduğu deyilib.

İsrail ordusu xəstəxanada məskunlaşan bir qrup HƏMAS silahlısına hava hücumu təşkil etdiyini və obyektin “terror infrastrukturu”na çevrildiyini qeyd edib.

“Vurğulayırıq ki, bina bir ildən artıqdır aktiv xəstəxana kimi istifadə olunmur”, - açıqlamada deyilir.

Müəssisənin Türkiyə tərəfindən inşa edildiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026