• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İsrail Qəzza zolağında limanı nəzarətə götürdü

DÜNYA

16 Noyabr 2023 | 17:41

İsrail Qəzza zolağında limanı nəzarətə götürdü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi-dəniz qüvvələrinin təlim bazası kimi istifadə etdiyi limanı nəzarətə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında məlumat yayılıb.

Bundan başqa, İsrail ordusunun HƏMAS-ın 10 şaxtasını məhv etdiyi və 10 döyüşçünü öldürdüyü də qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026