İsrail hökuməti Qəzzanın şimalını ilhaq etməyə hazırlaşdıqlarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin redaktoru Aluf Benn, Netanyahu hökumətinin Qəzzanın şimalını ilhaq etməyə və bu bölgədə israillilər üçün məskunlaşma yerləri qurmağa hazırlaşdığını iddia edib.
Bennin məqaləsində aşağıdakı ifadələr qeyd edilib:
"İsrail bu mərhələdə Qəzzanın bölündüyü Netzarim dəhlizinə (şimal və cənubu ayıran dəhliz) qədər regional nəzarətə başlayacaq. Bu bölgə beynəlxalq müqavimətin dərəcəsindən asılı olaraq məskunlaşma və ilhaq üçün hazırlanacaq. Bu planı tətbiq edən köhnə İsrail Milli Təhlükəsizlik Şurasının başçısı, təqaüdçü General Giora Eilandın təklif etdiyi kimi, Qəzza bölgələrində qalan fələstinlilər aclıq təhlükəsi altında yaşayacaq".
Əli Hüseynov